"Neftçi"nin müdafiəçisi Mahir Şükürov millinin Şimali İrlandiyayla keçiriləcək oyuinun siyahısından çıxarılıb.
Korner.az-ın AFFA-nın saytına istinadən xəbərinə görə, buna səbəb onun zədəli olmasıdı. O, "Rubin"lə qarşılaşmada zədə almışdı.
Şükürovla yanaşı, Aqil Nəbiyev də Belfasta aparılmayacaq. Nəbiyev səhhətində problem olması ucbatında noyabrın 14-də keçiriləcək görüşün iştirakçısı olmayacaq.
