DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə Rusiya millisinə minimal hesabla məğlub olan yığmamız (0:1) AFFA-dan gələ biləcək yaxşı pul mükafatından məhrum olub.
Korner.az-ın yaxın mənbədən əldə etdyi məlumata görə, Berti Foqtsun rəhbərlik etdiyi milli səfərdə heç-heçə etsəydi hər futbolçu 30 min manat mükafat qazanacaqdı. Əgər milli komandamız Rusiyanı səfərdə məğlub etmək arzusunu reallaşdıra bilsəydi o zaman hər futbolçu 50 min manat qazanmaqla cibinə "rəng" qatmış olardı.
Lakin görünən odur ki, milli komandanın futbolçuları AFFA-nın təyin etdiyi pul mükafatından oyunun sonuna 9 dəqiqə qalmış məhrum olublar.
