Yeni ad var
Bu gün 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiyanın qonağı olacaq Azərbaycan yığmasının start heyəti bəlli olub.
Korner.az-ın məlumatına görə, Berti Foqts Belfatsda aşağıdakı heyətə güvənəcək:
AZƏRBAYCAN: Səlahət Ağayev, Ruslan Abışov, Vladimir Levin, Maksim Medvedev, Əli Gökdəmir, Rasim Ramaldanov, Vüqar Nadirov, Cavid Hüseynov, Rahid Əmirquliyev, Cihan Özkara, Rauf Əıiyev
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan matçı saat 23:45-də başlayacaq.
