Daniel Axtyamov yenidən Azərbaycana qayıdıb.
Korner.az-ın məlumatına görə, bir vaxtlar Berti Foqtsun sevimlisinə çevirilmiş futbolçu karyerasını yenidən ölkəmizdə davam etdirmək istəyir.
Ölkəmizdən ayrılandan sonra “Tiraspol” və “Aist Çerepovets” klublarında top qovan hücumçu hazırda “Sumqayıt”ın düşərgəsindədi. Elxan Məmmədova yaxınlığı ilə tanınan Daniellə bağlı baş məşqçi Aqil Məmmədov onu baxışdan keçirdikdən sonra qərar verəcək.
Qeyd edək ki, millimizdə 13 oyun keçirmiş Axtyamov ölkəmizdə “İnter”, “Gəncə” (indiki “Kəpəz”), “Olimpik” (indiki AZAL) və “Simurq”un formasını geyinib.
Fanat.az
