Azərbaycan millisinin məşqçisi Olaf Yansen bu gün keçirilən mətbuat konfransında Portuqaliya ilə oyun öncəsi maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, almaniyalı çalışdırıcı daha sonra Portuqaliyanın İsrail səfərində xal itirməsini belə dəyərləndirib:
“İsrail yığması ilə Azərbaycan millisi arasında fərq böyükdür. Bu, futbolçularının çoxunun legioner həyatı yaşaması ilə bağlıdır.
Onlar Portuqaliya iə oyunda müdafiəni düzgün qurmuşdu. 2-ci dəqiqədə qol buraxsa da, hələ ilk hissədə heç nədən qol vurdu. Bundan sonra oyunun gedişi İsrailin xeyrinə idi. Daha çox müdafiədən oynayıb, hesabı 3:1 etdi. Ancaq Portuqaliyanın bundan sonra 2 qol vurub hesabı bərabərləşdirməyi rəqibin gücündən xəbər verir.
Məncə, bizim sabah nəyin hesabına sürpriz edəcəyimiz indi açıqlamaq ağılsızlıq olardı. Onu deyə bilərəm ki, sabah hamını maraqlı oyun gözləyəcək. Mübariz, istəkli oynayacağıq”.
