Oktyabr ayının 14-da səfərdə DÇ-2014-ün seçmə qrup oyununda Rusiyanın qonağı olacaq milli komandamızın Moskvaya hansı heyətlə gedəcəyi məlum olub.
Korner.az-ın məlumatına görə, Berti Foqts Rusiya paytaxtına 21 futbolçu ilə gedəcək:
Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Anar Nəzirov (“Qəbələ”), Səlahət Ağayev (“Sumqayıt”)
Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı “Qarabağ”), Vladimir Levin (“İnter”), Əli Gökdəmir (“Hannover”, Almaniya), Aqil Nəbiyev (AZAL)
Yarımmüdafiəçilər: Ruslan Abışov, Rahid Əmirquliyev (hər ikisi “Xəzər Lənkəran”), Elşad Naziri (“Milsami”, Moldova), Murad Ağayev (“Sumqayıt”), Aleksandr Çertoqanov (“Qəbələ”), Mahir Şükürov (“Neftçi”), Cavid Hüseynov (“Adanademirspor”, Türkiyə)
Hücumçular: Branimir Subaşiç (“Xəzər Lənkəran”), Vüqar Nadirov, Rauf Əliyev, Vaqif Cavadov (hamısı “Qarabağ”), Ciha Özkaya (“Erciyyespor”, Türkiyə)