21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avstriyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyunu keçirib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Komandamızın qolunu Araz Abdullayev vurub.
Xatırladaq ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda yığmamız Macarıstanın “Haladas” komandasını 2:1 hesabı ilə məğlubiyyətə uğratmışdı.
