Nigeriya millisinin baş məşqçisi Stiven Keşinin 7 aylıq əmək haqqını ala bilməməsi ölkədə böyük səs-küyə səbəb olub.
Korner.az-ın məlumatına görə, Nigeriya Futbol Federasiyası məsələylə bağlı münasibətində bildirib ki, Keşi geridə qalan müddətdə maaş almasa da, mükafatlar alıb və bu, onun yaşaması üçün bəs edərdi.
Əvvəllər Toqo və Mali yığmalarını da çalışdırmış Keşi deyib ki, bu, onun karyerasında qarşılaşdığı ilk haldı. Yığmanın sabiq çalışdırıcısı Çukunun fikrincə, Keşi ağdərili olsaydı, bu haqsızlıqla qarşılaşmazdı. Ancaq nigeriyalı idman yazarı Frank İleboya bu fikirlə razılaşmır: “Federasiya əvvəllər hətta əcnəbi məşqçilərə də borclu qalmışdı. Bu sırada Berti Foqts, Manfred Xoener, Filip Trusye və Lars Lagerbekin adlarını çəkə bilərəm. Yəni problem məşqçinin yerli, ya da əcnəbi olmasında deyil. Problem kökündən dəyişilməsi vacib olan münasibətdi”.
