DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində öz meydanında Azərbaycan milli komandası ilə qarşılaşacaq Luksemburq yığması bu gün yoxlama matçında qüvvəsini sınayıb.
Korner.az-ın məlumatına görə, Lüksemburqun rəqibi Almaniyanın aşağı liqa komandalarından olan "Sarbürüken" olub. Millimizin rəqibi ilk 25 dəqiqədə 0:2 hesabı ilə geri düşsə də, əzmkar oyun sayəsində qalib gəlib – 3:2. Lüksemburqun qollarını Turpel, Luisi və Peters vurub.
Yığmamız isə hələ ki, təlim-məşq toplanışı keçirməklə kifayətlənir.
Qeyd edək ki, Lüksemburq – Azərbaycan oyunu martın 22-də keçiriəcək.
