DÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində martın 26-sı Bakıda Azərbaycan milli komandası ilə qarşılaşacaq Portuqaliya yığmasının heyəti açıqlanıb.
Korner.az-ın məlumatına görə, portuqalların baş məşqçisi Paulu Betnu "Mançester Yunayted"in futbolçusu Nanini Bakıya gətirməyəcək. Əvəzində Bentu 7 hücumçu ilə Bakıya gələcək ki, bunların arasında Kriştiano Ronaldo da var.
Qapıçılar: Rui Patrisio (“Sportinq”), Beto (“Sevilya”, İspaniya), Eduardo (“İstanbul BB”, Türkiyə)
Müdafiəçilər: Joao Pereyra (“Valensiya”, İspaniya), Fabio Koentrao, Pepe (hər ikisi “Real”, İspaniya), Silvio (“Deportivo”, İspaniya), Bruno Alveş, Luiş Neto (hər ikisi “Zenit”, Rusiya), Sereno (“Valyadolid”, İspaniya)
Yarımmüdafiəçilər: Raul Meyreleş (“Fənərbağça”, Türkiyə), Migel Veloso (“Dinamo”, Ukrayna), Joao Moutinyo (“Porto”), Kustodio (“Braqa”), Karlos Martins (“Benfika”), Paulo Maçado (“Olimpiakos”, Yunanıstan)
Hücumçular: Kriştianu Ronaldo (“Real”, İspaniya), Danni (“Zenit”, Rusiya), Varela (“Porto”), Vyeirinya (“Volfsburq”, Almaniya), Pizzi (“Deportivo”, İspaniya), Helder Poştiqa (“Saraqosa”, İspaniya), Uqo Almeyda (“Beşiktaş”, Türkiyə).
Qeyd edək ki, Portuqaliya millisi İsraillə Ramat-Qan şəhərində, Azərbaycan yığması ilə Bakıda qarşılaşacaq.
