Şimali İrlandiya milli komandasının futbolçusu Devid Hili millimizlə oyundan sonra maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, irland futbolçu son saniyələrdə millisini məğlubiyyətdən qurtaran qolu vurmasına görə çox sevindiyini dilə gətirib:
“Əgər sabah ölsəm, bilin ki, dünyadan xoşbəxt insan kimi gedəcəyəm. Mən ölkəmin şərəfini qorumağı sevirəm və onun üçün qollar vurmaqdan həzz alıram. Yəqin ki, mənim yığmada neçə vaxtdır qol vurmadığımı çoxları bilirdi. Azərbaycanla qarşılaşmada qol susqunluğunu pozub, xoşbəxt olmaq istəyirdim. Bunu da bacardım”.
