Bu dəfə Qrant Makkan sıradan çıxdı
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini qəbul edəcək Şimali İrlandiya yığmasında zədə epidemiyası davam edir.
Korner.az-ın məlumatına görə, bu dəfə zədəlilərin sırasına İngiltərənin “Peterboro Yunayted” klubunda çıxış edən Qrant Makkanda qoşulub. 32 yaşlı yarımmüdafiəçi 40-cı oyununu Azərbaycana qarşı keçirmək imkanından məhrum olub.
Qeyd edək ki, əvvəllər Conni Evans, Endryu Litl, Aleks Bryus və Ceymi Uord zədə səbəbindən heyətdən kənarlaşdırılıblar.
