Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində Azərbaycan və Lixtenşteyn milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun stadionu müəyyənləşib.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma fevralın 6-da, saat 18:00-da, "Əl Vasl" stadionunda keçiriləcək.
