FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Korner.az-ın məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi millimiz reytinqdə iki pillə irəliləməyə müvəffəq olub. Bununlada millimiz 115-ci pilləyə yüksəlib.
Millimizin DÇ-2014-dəki rəqiblərindən ən yaxşı göstəriciyə malik Portuqaliyadı – 7-ci (0). Rusiya 16-cı (+1), İsrail 63-cü (+1), Şimali İrlandiya 109-cu (+2), Lüksemburq isə 140-cı (+1) yeri tutur.
Siyahıya İspaniya yığması başçlıq edir. Almaniya ikinci, Kolumbiya üçüncüdü.
Türkiyə millisi isə 58-ci yerdə qərarlaşıb.
