Xəbər verdiyimiz kimi millimiz DÇ-2014-ün seçmə mərhələsində martın 22-də səfərdə Lüksemburq, martın 26-da isə Bakıda Portuqaliya yığması ilə qarşılaşacaq.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan milli komandası qeyd olunmuş oyunlara hazırlıq məqsədilə martın 13-dən 26-dək təlim-məşq toplanışı keçirəcək.
Toplanışa dəvət olunacaq futbolçuların siyahısı saytımızda yerləşdiriləcək.