Ç-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan və Portuqaliya milliləri arasında qarşılaşma ərəfəsində hər 2 komandanın baş məşqçisinin mətbuat konfransı və komandaların mətbuat üçün açıq məşqi olacaq.
Korner.az-ın məlumatına görə, bu tədbirlərin vaxtı açıqlanıb.
Martın 24-də saat 11:00-da Azərbaycan milli komandası Tofiq Bəhramov adına Respublika stadionunda ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqə çıxacaq. Qonaqların eyni arenada analoji hazırlığı isə martın 25-də saat 19:00-da gerçəkləşəcək.
“Sheraton Baku Airport Hotel”də mətbuat konfransı keçirəcək Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts KİV nümayəndələri ilə martın 25-də saat 12:00-da görüşəcək. Onun portuqaliyalı həmkarı Paulu Bentu isə həmin gün saat 20:20 Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalına daxil olacaq.
Qeyd edək ki, Azərbaycan – Portuqaliya oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
