Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Nazim Süleymanov İtaliyaya ezam olunub.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, mütəxəssis Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "İnter" (İtaliya) – "Neftçi" oyununu izləyəcək. Bu matç dekabrın 6-da İtaliyanın Milan şəhərində baş tutacaq.
