DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 11-də, Belfast şəhərində Şimali İrlandiya – Lüksemburq oyunu keçiriləcək. Korner.az-ın məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Olaf Yansen qeyd olunmuş qarşılaşmanı izləyəcək.
Xatırladaq ki, Şimali İrlandiya və Lüksemburq yığmaları DÇ-2014-ün seçmə mərhələsində millimizlə birgə F qrupunda mübarizə aparır. Qrupun digər komandaları Portuqaliya, Rusiya və İsrail yığmalarıdır.
