Noyabrın 6-dan 9-dək Bakıda, noyabrın 10-dan 15-dək isə Şimali İrlandiyanın Belfast şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.
Korner.az-ın xəbərinə görə, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsində noyabrın 14-də, Belfast şəhərində millimiz Şimali İrlandiya yığması ilə qarşılaşacaq.
