Futbol üzrə milli komandamızın baş məşqçisi Berti Foqts Peşəkar Futbol Liqasının Premyer Liqanın təqvimində etdiyi dəyişikliklərə münasibətini bildirib. Korner.az-ın məlumatına görə, almaniyalı çalışdırıcı PFL-ə qarşı narazılığını bildirib:
“Belə bir qərar bizim seçmə mərhələnin digər oyunlarına hazırlığımıza mane olur. Mənə elə gəlir ki, PFL-də heç Avropada çempionatların necə keçirildiyini bilmirlər. Əlbəttə, biz də “Neftçi”nin Avropa Liqasında qrup mərhələsinə düşməyinə şadıq. Əminəm ki, bu komanda avrokuboklarda iştirak etməklə yanaşı, həftə sonunda Premyer Liqa oyununa da çıxa bilər”.
