Berti Foqts milli komandamıza Moldovadan yeni futbolçu dəvət edib.
Korner.az– ın məluatına görə, bu, Moldovanın “Milsami” klubunda çıxış edən Elhad Nəziridi.
Bu barədə Orhey klubunun rəsmi saytı bildirilir ki, Elhad yığmamızın Rusiya ilə oyununa dəvət alıb. Qarşılaşma oktyabrın 11-də Moskvadakı “Lujniki” stadionunda keçiriləcək.
Qeyd edək ki, Elhad 1992-ci ilin 29 dekabrında dünyaya gəlib. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçu əvvəllər “Qarabağ” və “Neftçi”də çıxış edib. Cari mövsümdə Moldova klubuna keçən Elhad bu komandanın heyətində iki oyun keçirib. “Milsami”nin “Kostuleni” (3:0) və “ÇSKA-Rapid”lə (2:3) oyunlarında 90 dəqiqə meydanda olan həmyerlimiz ikinci qarşılaşmada sarı vərəqə alıb. O, əvvəllər çimərlik futbolu üzrə yığma komandamızda top qovub.
