Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətinə daha üç futbolçu qoşulub.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Berti Foqts Vurğun Hüseynov («Qəbələ»), Uğur Pamuk («Sumqayıt») və Vüqar Əgərovu («Metallurq» Liepaya, Latviya) milliyə cəlb edib.
