Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışının vaxtı açıqlanıb. Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki,, yığmamızın avqustun 12-də Bakıda hazırlığa başlayaraq, 3 gün sonra AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da Bəhreyn milli komandası ilə yoldaşlıq görüşünə çıxacaq.
Avqustun 10-da Premyer Liqası çərçivəsində oyuna çıxacaq milli futbolçular bərpa prosesi keçmək üçün ertəsi yığmanın düşərgəsinə yollanacaqlar. Millinin heyətinə dəvət olunacaq futbolçuların siyahısı AFFA-nın rəsmi saytında yerləşdiriləcək.
Qeyd edək ki, Azərbaycan – Bəhreyn oyunu saat 21:00-da başlayacaq.
