Milli komandamızın baş məşqçisi Berti Foqts Azərbaycandan ayrıla bilər.
Korner.az xəbər verir ki, bu barədə Polşanın tanınmış saytlarından birində məlumat yayılıb. Saytın apardığı sorğuda iştirak edən 15 min nəfərin 36 faizi Fransisk Jmudadan sonra boş qalan baş məşqçi postuna Foqtsun gətirilməsini istəyir. Respondentlərin 22 faizi isə bu postda başqa məşqçini görmək istəyir. Digər nəticələr belədi:
Valdemar Fornalik 13.12%
Pyotr Novak 11.9%
Matsey Şkorza 6%
Yerji Engel 6.85%
Yaçek Jelinski (Jmudanın köməkçisi) 3.85%
Qeyd edək ki, Polşa Futbol Federasiyasının prezidenti Qreqor Lyato mətbuata açıqlamasında vakant posta 12 namizədlərinin olduğunu və Berti Foqtsun da həmin siyahıda yer aldığını deyib. Bu barədə iyunun 27-də federasiyanın keçirəcəyi toplantıda müzakirələr aparılacaq.
