Portuqaliya ilə oyundan sonra vətənə dönən milli komandamızın üzvləri arasında baş məşqçi Berti Foqts yoxdur. Korner.az– ın məlumatına görə, Foqts birbaşa vətəni Almaniyaya yollanmağı məqsədə uyğun bilib.
Onun Bakıya növbəti səfəri oktyabr ayında olacaq . Belə ki, yığmamız oktyabrın 16-da seçmə mərhələdəki üçüncü oyunu çərçivəsində Rusiyanın qonağı olacaq.
