“Bizim Kamran Ağayevdən sonra ikinci qapıçımız Anar Nəzirovdu. Andrey Popoviç yığmada oynamağa hazır deyil. Buna görə də onun əvəzinə Aqil Məmmədova dəvət göndərdim".
Korner.az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı çalışdırıcı sabah baş tutacaq İsrail millisi ilə oyunöncəsi mətbuat konfransında qapıçılarla bağlı narahatçılığını dilə gətirdi:
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlakla Anar Nəzirovun niyə oynamadığı barədə söhbətləşmişəm. O dedi ki, Anardan daha güclü olan braziliyalı qapıçıları var. Təəssüf ki, mən klubun daxili işlərinə qarışa bilmərəm. Eyni zamanda “Xəzər Lənkəran” rəhbərliyi ilə də söhbətləşmişəm. Çox təəssüf ki, onlara təsir etmə gücündə deyiləm”.
