DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Lüksemburq şəhərində Lüksemburq yığması, martın 26-da isə Bakıda Portuqaliya komandası ilə qarşılaşacaq və bu oyunlara hazırlıq məqsədilə martın 13-dən 26-dək təlim-məşq toplanışında olacaq Azərbaycan millisinin heyəti açıqlanıb.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Berti Foqts aşağıda adları qeyd olunan futbolçulara dəvət göndərib:
Kamran Ağayev – "Bakı"
Anar Nəzirov – "Qəbələ"
Səlahət Ağayev – "Sumqayıt"
Rəşad Sadıqov – "Qarabağ"
Volodimir Levin – "İnter"
Aqil Nəbiyev – "Bakı"
Vurğun Hüseynov – "Qəbələ"
Ruslan Abışov – "Rubin" (Rusiya)
Maksim Medvedyev – "Qarabağ"
Bədavi Hüseynov – "Qarabağ"
Rasim Ramaldanov – "Simurq"
Elhad Nəziri – "Petrolul Ploiesti" (Rumıniya)
Qara Qarayev – "Qarabağ"
Mahir Şükürov – "Neftçi"
Rəşad Sadiqov – "Neftçi"
Cavid Hüseynov – "Bakı"
Elvin Məmmədov – "Bakı"
Rahid Əmirquliyev – "Xəzər Lənkəran"
Əfran İsmayılov – "Qarabağ"
Vüqar Nadirov – "Qarabağ"
Vaqif Cavadov – "Qarabağ"
Rauf Əliyev – "Bakı"
Cihan Özkara – "Sivasspor" (Türkiyə)
Rüfət Dadaşov – "Kayzerslautern II" (Almaniya)
Pərdis Fərcad-Azad – "Sumqayıt"
Anar Nəzirov və Volodimir Levin martın 14-dən, Elhad Nəziri martın 17-dən millinin heyətinə qoşulacaq. Ruslan Abışov və Cihan Özkaranın millinin heyətinə nə zaman qoşulacağı isə çıxış etdikləri klublarla danışıqlardan sonra müəyyənləşəcək.