Berti Foqtsun Antalyaya yollanması barədə xəbər vermişdik. Millinin baş məşqçisi köməkçisi, həmçinin fitness məşqçisi Volfqanq Rollfla birlikdə Qurban Qurbanovla görüşüb və “Qarabağ”ın məşrini izləyib.
Fanat.az xəbər verir ki, ayın 19-dək Antalyada qalacaq məşqçilər toplanışda olan Topaz Premyer Liqası klublarının məşqlərini və yoxlama oyunlarını izləyəcəklər.
Foqts və Rollf bu gün “İnter”in “NWC Asten” (Hollandiya) klubu ilə yoxlama oyununa canlı baxacaqlar.
