“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov və “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev zədəli olduğu üçün Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb. Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, 2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskva şəhərindəki Lujniki stadionunda keçiriləcək Rusiya – Azərbaycan oyununa hazırlıq məqsədilə bu gün Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb.
Bakıda həyata keçirilən hazırlıq prosesi oktyabrın 13-dək davam edəcək.