“Qəbələ” klubunun futbolçusu Vurğun Hüseynov millinin toplanışında iştirak etməyəcək. Korner.az-ın məlumatına görə, zədəli olduğu, tam gücü ilə çıxış edə bilmədiyi və mövsüm başa çatdıqdan dərhal sonra Türkiyəyə əməliyyat olunduğu xəstəxanaya reabilitasiya kursu keçməyə gedəcəyi üçün Azərbaycan milli komandasının 2012-ci il mayın 20-dən 31-dək keçiriləcək təlim-məşq toplanışında millinin baş məşqçisinin qərarı ilə iştirak etməyəcək.
