AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.
Korner.az-ın məlumatına görə, komitənin gündəliyində duran əsas məsələ Azərbaycan milli komandasının baş məşqçisi məsələsinin müzakirəsi olub.
Gözlənildiyi kimi komitə üzvləri Berti Foqtsun qalmasına səs verib. AFFA amlan mütəxəssislə 2 illik müqavilə imzalamaq qərarına gəlib. Beləliklə, Foqts AVRO-2016-nın seçmə mərhələsinin sonunadək ölkəmizdə qalacaq.
