Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Korner.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumatına görə, milliləşən türkiyəli legioner Cihan Özkara DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində iyunun 7-də “Bakcell Arena”da keçiriləcək Lüksemburq oyununa hazırlaşan millinin məşqlərindən kənar qalıb.
Türkiyə “Sivasspor”unun üzvü Bakıdakı təlim-məşq toplanışını yarımçıq başa vurub. Bunun səbəbi onun zədəli olmasıdır. Cihan bu gündən etibarən millinin toplanışında iştirak etməyəcək.