Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün Topaz Premyer Liqanın XXIII turu çərçivəsində "Bakı" FK-nın Təlim-Məşq Bazasında keçiriləcək "Bakı" – "Neftçi" oyununu izləyəcək.
Korner.az-ın məlumatına görə, millinin qapıçılar üzrə məşqçiləri Ulriç Ştayn və Etibar Tarıverdiyev isə Bayıl stadionunda "Rəvan" – "Xəzər Lənkəran" qarşılaşmasını izləyəcək.