Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq "Ayntraxt" üçün püşkü dəyərləndirib.
Korner.az-ın məlumatına görə, almaniyalı mütəxəssis bunları deyib:
“Qarabağ” tarixi bölgə olan Qarabağı, Ağdamı təmsil etdiyini, 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin bu şəhəri işğal etməsindən sonra isə komandanın ev oyunlarını Bakıda keçirməsini vurğulayan Foqts Tofiq Bəhramov adına Respublika stadionunu da tərifləyib: “Burada əla ot örtüyü var. “Ayntraxt”da “Qarabağ”ı asanlıqla keçəcəklərini düşünürlərsə, onlar yanılırlar. Çünki Almaniya təmsilçisi sürprizlə qarşılaşa bilər”.
Qeyd edək ki, “Qarabağ” və “Ayntraxt” arasında ilk oyun avqustun 22-də, cavab oyunu 29-da baş tutacaq.
