Milli komandamızın baş məşqçisi Berti Foqts maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, alman çalışdırıcı azərisport.com saytına müsahibəsində hədələcəyici fikirlərlə çıxış edib
Belə ki, Foqts “Azərbaycanda Cihan Özkara ilə Əli Gökdəmirin yığmaya cəlb olunması heç də isti qarşılanmır. Çoxları bu iki futbolçunu millidə artıq hesab edir” sualına belə cavab verib: “Unutmayın ki, onlar bu komandaya birdən-birə gəlməyiblər. Buna qədər hər iki futbolçu gənclərdən ibarət yığmalarda da forma geyiblər. Biz onları gözəl gözlərinə aşiq olub seçməmişik. Oynadıqları aşağı yaş qrupları üzrə yığmalarda ən yaxşılar məhz onlar olublar. Axı mən indi kimlərinsə narazılığına görə onları komandadan uzaqlaşdıra bilmərəm. Görünür, onlardan narazı olan insanların futboldan çox yaxşı başı çıxır. Etiraf edim ki, bəzi azərbaycanlılar məni təəccübləndirirlər. Hər dəfə bura gələndə yeni nəsə öyrənirəm. Nə vaxtsa mən də burda baş verənlərdən, gördüklərimdən danışacağam. UEFA və FİFA bu xəbərləri eşidəndə çox sevinəcək”.
Maraqlıdır Foqtsun bu atmacası nəyə işarədi?
