Milli komandamızın baş məşqçisi Berti Foqts Premyer Liqanın daha bir oyununu tribunadan izləyəcək.
Korner.az-ın məlumatına görə, alman çalışdırıcının “Kəpəz” – “Sumqayıt” və “Bakı” – “Simurq” matçlarını stadiondan izləyəcəyi deyilsə də, siyahıya bir oyun da əlavə olunub.
Belə ki, o, turun son günündə baş tutacaq “Neftçi” – “İnter” qarşılaşmasını da izləyəcək. Hərçənd bu oyuna Foqtsun köməkçisi Nazim Süleymanovun göndərilməsi planlaşdırılmışdı.
