Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının XXIX turu çərçivəsində keçiriləcək 3 oyunu canlı izləyəcək.
Korner.az-ın məlumatına görə, alman mütəxəssis “Sumqayıt” – “Rəvan”, “Qarabağ” – “Neftçi” və “İnter” – “Bakı” oyunlarını izləyəcək.
