Fofana “Milan”ın transfer gündəmində
11.07.2024 , 16:56

“Monako”nun futbolçusu Yusuf Fofana üçün yeni talib çıxıb.
Korner.az xəbər verir ki, oyunçu karyerasını İtaliyada davam etdirə bilər.
Onun xidmətində “Milan” klubu maraqlıdır.
Xarici KİV-də yer alan xəbərə görə, tərəflər arasında 5 illik razılıq əldə olunub.
“Monaka” bu keçid üçün qarşı tərəfdən 25 milyon avro tələb edir.
Mina Musayeva
