Fofana “Milan”dan ayrılır?
14.01.2026 , 14:45
“Milan”ın yarımmüdafiəçisi Yussuf Fofana karyerasını Türkiyədə davam etdirə bilər.
Korner.az xəbər verir ki, “Qalatasaray” fransalı futbolçu ilə yaxından maraqlanır və transfer imkanlarını qiymətləndirir.
27 yaşlı futbolçunun “Milan”la müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Cari mövsümün ilk yarısında Fofana 20 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.