“Real”ın prezidenti Florentino Peres mövsümün sonunda komandanı ciddi şəkildə yeniləməyi qərara alıb.
Korner.az-ın məlumatına görə, bu xəbəri “La Sexta” telekanalının “El Chiringuito” verilişində deyilib.
Komandanın baş məşqçisi Rafael Benites çox güman ki, yaya qədər istefaya göndəriləcək.
Bundan əlavə, Peres ümumi dəyəri 200 milyon avroya yaxın olan 9 futbolçunu satacaq. “Real” Kriştiano Ronaldonu 60, Serxio Ramosu isə 40 milyona satmağı planlaşdırır.
Onlardan başqa komandanı Kərim Benzema, Toni Kroos, Xese, İsko, Alvaro Arbeloa, Keylor Navas və Denis Çerışev tərk edəcək.