Florensi “Roma”da qaldı
02.08.2018 , 21:28

“Roma” aparıcı futbolçularından olan Alessandro Florensi ilə müqaviləni artırıb.
İtaliyalı yarımmüdafiəçinin yeni sözləşməsi 2023-cü ilin iyun ayına qədərdir.
Qeyd edək ki, “Roma”nın yetirməsi olan 27 yaşlı futbolçu 2011-ci ildən əsas komandada çıxış edir.
