Flik “Real” qarşısında heyət seçimini ertələyib
24.10.2025 , 11:45
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın növbəti turunda “Real”la keçiriləcək “El Klasiko” öncəsi start heyətini hələ müəyyən etməyib.
Korner.az “Marca”ya istinadən xəbər verir ki, baş məşqçinin ən çox diqqət etdiyi mövqelər mərkəz müdafiəsi və cinah hücumudur.
Müdafiədə Ronald Arauxo və Erik Qarsiya arasında seçim davam edir, hücumda isə sağalmış Ferran Torres ilə Rafinya arasında rəqabət mövcuddur.
Qeyd edək ki, oktyabrın 26-da “Santyaqo Bernabeu”da baş tutacaq matç öncəsi “Barselona” hazırda turnir cədvəlində 2-ci sıradadır və “Real”dan 2 xal geri qalır.