Sabah paytaxt derbisində “Neftçi” “İnter”in qonağı olacaq.
Korner.az-ın məlumatına görə, “ağ-qaralar” oyuna ciddi itkiylə çıxa bilər. Belə ki, komandanın aparıcı üzvü Flavinyo zədəlidi. Və o bu həftə yalnız fərdi məşq edib.
Futbolçunun oynayıb oynamayacağını öyrənmək üçün klubun mətbuat xidmətnin rəhbəriylə əlaqə saxladıq. Saytımıza açıqlamasında Gündüz Abbaszadə braziliyayla bağlı son qərarı həkimlərin bu gün baş məşqçiyə deyəcəyini bildirdi.
