Ölkə Kuboku

Flavinyo: “Xəzər Lənkəran daha baxımlı futbol sərgiləyir”

24.04.2013 , 19:05

"Biz "Qarabağ"a qarşı müdafiə futbolu oynamırdıq. "Neftçi" heç zaman müdafiə futbolunu sevməyib və bu cür futbol oynamarıq". 

 Bu sözləri Korner.az-a açıqlamasında "Neftçi"nin futbolçusu Flavinyo deyib. 
 
 Braziliyalı futbolçu "Qarabağ" üzərrindəki qələbəni dəyərləndirərkən, daha sonra kubokun finalında üz-üzə gələcəkləri "Xəzər Lənkəran" qarşılaşmasına da toxunub: 
 
"Bizim üçün fərq etməzdi ki, ya "Bakı" finala çıxsın, ya da "Xəzər Lənkəran". Ancaq deyə bilərəm ki, "Xəzər Lənkəran"la oyun daha maraqlı alınacaq. Çünki bu komanda daha gözəl oyun sərgiləyir. Bundan əlavə onları həmişə dəstəkləyən azarkeşlər var. Düşünürəm ki, final matçına azı keçən ilki "Bakı" ilə oyunumuza gələn azarkeş sayı qədər olar".

Son yazılar

Yuxarı