“Belə hazırlıqlar hər zaman çətin olur. Komandanın hər bir üzvü, 20-25 günlük hazırlıq mərhələsində əlindən gələnin ən yaxşısını etməyə çalışır. Keçirəcəyimiz yoxlama oyunlarından sonra daha yaxşı səviyyəyə gələcəyik".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun yarımmüdafiəçisi Flavinyo deyib.
Klubun rəsmi saytına danışan braziliyalı futbolçu üçüncü dəfə çempion olmaq istdiklərini bildirib:
"Bu qarşılaşmalar tam bərpa olunmağımız baxımından əhəmiyyətlidir, nəticə isə komandanın qələbə əhval-ruhiyyəsini yaxşılaşdırmaq sarıdan önəmlidir. Məqsədimiz 3-cü dəfə ölkə çempionu olmaqdır. Avropa Liqasındakı uğurumuzun davamını Çempionlar Liqasında gətirmək istəyirik”.
