“Neftçi”nin futbolçusu Flavinyo UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın “Rubin” klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı belə deyib:
“Birinci oyunda o qədər də yaxşı oynamamışdıq. Xüsusiilə də, ilk hissəni. Rəqib pressinq tətbiq edirdi və biz bundan qaça bilmirdik. Eyni zamanda kəskin hava şəraiti də oyuna mənfi təsir göstərirdi. İkinci hissədə bir qədər fərqli oynadıq. Hətta heç-heçə də edə bilərdik. Əgər həmin matçın ikinci hissəsindəki oyunu təkrarlaya bilsək, qələbə qazana bilərik”.
