“Bu matçda daha böyük hesabla qələbə qazana bilərdik. Qol vəziyyətlərimiz çox oldu”. Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun futbolçusu Flavinyo Buxarest "Dinamo"su ilə yoxlama oyunundan sonra deyib.
Braziliyalı futbolçu qalib gəldikləri (2:0) görüş haqda klubun rəsmi saytına danışıb:
“Sevindirici haldır ki, komandaya yeni qoşulmuş futbolçular da uyğunlaşma dövrünü sürətlə keçir. Onlar komandanın gücünə güc qatıb. Hazırlığımız hələ bitməyib və istəyirik ki, bu müddətdən maksimum yararlanıb Çempionlar Liqasında mərhələ keçək”.
