“Neftçi”nin naparıcı üzvü Flavinyo Braziliya mətbuatının diqqət mərkəzinə düşüb.
Korner.az-ın məlumatına görə, “ağ-qaralar”ın heyətində “qızıl dubl” edən “sambaçı” final matçı ilə bağlı fikirlərini həmvətənliləri ilə paylaşıb:
“Final oyunu ağır keçdi. Biz oyunboyu hücum futbolu göstərib qol vurmağa çalışırdıq. Hətta bəzi qol imkanlarımız da oldu. Lakin vura bilmədik. Karyeram ərzində belə şey olmamışdı ki, finalda penaltilər seriyası vuraq. 3-cü penaltini vurmağa gedəndə əsəbi idim. Topa və nöqtəyə yaxınlaşanda daxili gərginlik hiss edirdim. Amma yenə də əmin idim ki, çox istədiyim qolu vuracağam. Mən qapının elə bir küncünü seçib zərbə vurdum ki, qapıçı istiqaməti düz tapsa belə qol oldu. İyunun sonuna kimi məzuniyyətdə olacağam. Ailəmlə birlikdə Matu-Qrosu-de-Sul ştatında istirahət etməyi düşünürəm”.