"Bu oyunlar yoxlama xarakterli olduğundan nəticəni vacib hesab etmirəm. Əsas odur ki, komandaya yeni qoşulan futbolçular uyğunlaşma prosesini uğurla keçsin".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Flavinyo deyib. Braziliyalı futbolçu "Kuban"la yoxlama görüşündən sonra (0:2) bunları deyib:
"İxtiyarımızda olan vaxtdan maksimum yararlanmağa çalışırıq. Oyunun ikinci hissəsində əsas heyətin əksər futbolçuları əvəzləndi. Meydana çıxan gənclərin də təcrübə qazanmaq imkanı oldu".
