“Neftçi”nin braziliyalı futbolçusu Flavinyo 3-cü dəfə Azərbaycan çempionu titulunu qazanmasının sevincini braziliyalı həmkarlarımızla bölüşüb.
Korner.az–ın məlumatyına görə, "ağ-qaralar"ın aparıcı üzvü bunları deyib:
“Çempionatın əvvəlində komandamızın problemi var idi. Avropa Liqasının qrup mərhələsində çıxış etdiyimizdən Premyer Liqada zəif komandalarla matçlarda xallar itirirdik. Sonradan məğlubiyyətsiz 9 oyun keçirməklə vəziyyətimizi yaxşılaşdırdıq. Çempionluq qazandığımız əvvəlki 2 mövsümlə müqayisədə rəqabət bu dəfə daha böyük idi. Şübhəsiz ki, mübarizə gərginliyi ilə seçilirdi”.
Flavinyo “Neftçi”nin uğurlarında braziliyalıların rolunu xüsusi vurğulayıb: “Azərbaycanda futbolun inkişafında braziliyalı oyunçuların rolu çox vacibdir. “Neftçi” ölkədə ən çox braziliyalısı olan 3 komandadan biridir. Əminəm ki, komandamızın son 3 ildə qazandıqlarında braziliyalıların böyük xidmətləri var. Bu illər “Neftçi”nin tarixində ən yaxşı vaxtlardır”.
Qeyd edək ki, Flavinyonun daha 2 həmyerlisi Denis Silva və Bruno Bertuççi də cari mövsümdə Azərbaycan çempionu titulunu qazanıb.